Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft Edge” brauzerində yeni mühafizə sistemi yaradılıb
Müasir reallıqlarda internetdə təhlükəsizlik çox mühüm rol oynayır. Bununla əlaqədar proqram təminatı, xüsusilə brauzer tərtibatçıları istifadəçiləri hər vəchlə fırıldaqçılardan qorumağa çalışırlar. Əksər şirkətlərin brauzerləri sındırılmaz etməyə çalışdığı halda “Microsoft” başqa yolla getmək qərarına gələrək “Windows Defender Application Guard” funksiyasını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, sistemin mahiyyəti “Microsoft Edge” brauzerinin virtual reallıq kompüterinin daxilində işləməsindədir. Bu isə o deməkdir ki, o, “Windows 10” əməliyyat sisteminin yaddaş və nüvəsindən ayrıca saxlanılır. Sındırılma zamanı cinayətkarlar yalnız virtual reallıq kompüterinə müdaxilə edə biləcəklər, istifadəçinin bütün məlumatları isə təhlükəsiz qalacaq.
“Windows Defender Application Guard” internetdən təkmilləşdirilmiş hücumlardan mühafizə üçün virtuallaşdırma texnologiyalarından istifadə etməklə korporativ qurğuları, müəssisə əməkdaşlarını, məlumatları və korporativ şəbəkələri qorumağa kömək edir.
Hazırda yeni funksiya yalnız "Windows 10 Enterprise” sistemində işləsə də, sonradan ondan bütün istifadəçilərin yararlana biləcəyi gözlənilir.