Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mikroçip sahəsində 4 Qbit tutumlu ən kiçik “DDR3 DRAM” yaradılıb


Yaponiyanın “Elpida Memory” şirkəti 4 Qbit tutumlu “DDR3 SDRAM” yaddaş mikroçiplərinin 25 nanometr texnologiya ilə hazırlanması haqqında məlumat verib. Hazırlanacaq məmulat çip sahəsində ən kiçik çip hesab edilir.

Eyni tutumlu (4 Qbit) 30 nanometr həllərlə müqayisədə yeni mikroçip iş rejimində enerjinin istehlakının 25-30% azalmasını təmin edir. Elektrik enejisi ilə təchizetmə gərginliyi 1,5 və ya 1,35 voltdur.

Bundan başqa, daha "incə" texnoloji prosesin tətbiqi məhsuldarlığı 45% yüksəltməyə imkan yaradır. Yeni “DDR3 SDRAM” mikroçiplərin fərdi kompyuter, server, planşet və ultrabuklarda tətbiq olunacağı gözlənilir.




26/09/11    Çap et