Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” “Google Wi-Fi” qurğusu pauzaya qoyulur


"Google" şirkəti "Pixel" smartfonlarının təqdimatı çərçivəsində "ağıllı" ev üçün "Google Wi-Fi" marşrutlayıcısını nümayiş etdirib. Şirkət routerin yaradılmasında simsiz həllər bazarının liderləri, o cümlədən "TP-LINK" və "ASUS" ilə əməkdaşlıq edib. Yeni "ağıllı" qurğu istifadəçilərə evdə siqnalın pis qəbul edilməsini aradan qaldırmağa kömək edərək tezlik və kanalların optimal sazlamasını avtomatik seçərək quraşdıracaq. Ev qurğuları ekosistemi ilə inteqrasiya edilən "Google Wi-Fi" marşrutlayıcısını smartfonda asanlıqla qurmaq olar.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, maraqlıdır ki, tam söndürmə əvəzinə "Google Wi-Fi" qurğusunu pauzaya qoyaraq xüsusi enerjiyə qənaətli "yatma" rejiminə keçirmək mümkündür.
Qiyməti 129 dollar təşkil edəcək routeri üç nüsxədən ibarət dəstdə 299 dollara əldə edərək pula qənaət etmək olar. Qurğu üçün ilkin sifarişlərin qəbuluna bu ilin noyabrında başlamaq nəzərdə tutulur.

Nizam Nuriyev







05/10/16    Çap et