Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Son 6 ildə “HP”-in səhmləri minimuma qədər ucuzlaşıb
İnvestorlar “Hewlett-Packard” İdarə Heyətinin şirkət üçün düzgün icra direktoru seçməsinə şübhə ilə yanaşırlar.
Qeyd edək ki, keçən həftə “HP” şirkətinin rəhbəri 55 yaşlı Meq Uitmen olub. “HP” şirkətinə gəlişinə qədər o, 10 il ərzində “eBay” internet hərracına rəhbərlik edib, həmçinin Kaliforniyanın qubernatoru vəzifəsinə namizəd olub. “HP”-də xanım Uitmen Leo Apotekeri əvəz edib.
Meq Uitmenin “eBay”-da uğurlu işinə baxmayaraq, bəzi analitiklər hesab edirlər ki, “HP” İdarə Heyəti şirkətin rəhbəri vəzifəsinə digər namizəd axtarmalı idi.
Tənqidçilərin fikrincə, xanım Uitmenin korporativ sektor üçün hazırlama sənayesində lazımi qədər təcrübəsi yoxdur və “HP” şirkətinin biznesinin miqyasları “eBay” dövriyyələri ilə heç bir şəkildə müqayisə oluna bilməz.
Bu hadisələrin fonunda “HP”-in qiymətli kağızları 90 sent və ya 4 dollar ucuzlaşaraq 21,90 dollar olub. Bundan əvvəl dünyanın ən böyük fərdi kompyuter istehsalçısının səhmləri 21,50 dollar idi və və bu, altıillik minimumdur.
26/09/11 Çap et