Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər inqilabi akkumulyatorlar icad ediblər


Cənubi Koreya alimlər qrupu unikal xüsusiyyətlərə malik akkumulyatorların istehsalı üzrə yeni texnologiya hazırlayıb. Bu haqda “Younhapnews” informasiya agentliyi məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, Koreyanın Elm və Texnologiyalar İnstitutunun (KAIST) alimləri yeni material icad ediblər. Bu komponent sayəsində batareyalar müasir litium-ion analoqlarla müqayisədə 100 dəfə daha sürətli enerji toplayır.

Yeni akkumulyatorların tutumu eyni ölçülü litium-ion analoqlarla müqayisədə daha böyükdür.

Texnologiyanın yaradıcıları hesab edirlər ki, superkondensator elektrik avtomobilləri və mobil cihazlar üçün akkumulyatorlarda tətbiq ediləcək.

Emil Hüseynov





11/10/16    Çap et