Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə işçilərinin “Sağlamlıq-2016” respublika spartakiadası çərçivəsində voleybol yarışlarına yekun vurulub


Azərbaycanda rabitənin yaradılmasının 135 illiyi münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və "Spartak" Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkilatçılığı ilə rabitə işçilərinin "Sağlamlıq-2016" respublika spartakiadası çərçivəsində 2 gün davam edən voleybol yarışlarına yekun vurulub.
 
İlk olaraq komandalar 2 qrupa bölünüblər.
 
Reqlamentə uyğun olaraq A və B qrupunda 1-ci yeri tutan komandalar çempionluq, növbəti yeri tutanlar isə üçüncülük uğrunda mübarizə aparıb.
 
A qrupunda "Aztelekom" MMC-nin idmançıları ilk olaraq Dövlət Radiotezliklər İdarəsini (DRİ) 2:1, ardınca Məlumat Hesablama Mərkəzini (MHM) 2:0, sonda isə "Azərpoçt"un komandasını 2:0 məğlub edərək qrup birincisi olub. Qrup ikinciliyini isə DRİ-nin komandası qazanıb.
 
Digər qrupda isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) komandası bütün rəqiblərini məğlub edərək qrup liderliyinə yüksəlib. İkinciliyi isə Hərbiləşdirilmiş Mühafizə İdarəsinin (HMİ) komandası əldə edib.
 
Ötən gün Voleybol Federasiyasının İdman zalında ilkin olaraq qrup ikinciləri meydana çıxıb. HMİ və DRİ komandaları arasında baş tutan üçüncülük yarışında HMİ idmançıları rəqibə şans tanımayıb.
 
 
Final qarşılaşmasında isə "Aztelekom" MMC-nin və BTRİB-in komandaları üz-üzə gəlib. "Aztelekom" idmançıları daha inamlı oyun sərgiləyərək BTRİB-in komandası üzərində 2:0 hesabı ilə qələbə çalaraq çempion adını qazanıb.  
 
Məlumat üçün bildirək ki, idmanın 9 növü (atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, şahmat, nərd, dama və güllə atıcılığı) üzrə keçirilən yarışlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumları təmsil edən 14 komanda və 500-dən artıq idmançı iştirak edir.























12/10/16    Çap et