Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robotlar öz biliklərini digər robotlarla paylaşırlar


“Google” şirkəti son zamanlar "bulud robot texnikası" sahəsində işlərlə məşğuldur.

"Bulud robot texnikası"nın əsasını neyroşəbəkə təşkil edir və o, yerinə yetirilən əməliyyatların ardıcıllığını müəyyən edərək yadda saxlayır, həmçinin avtomatlaşdırma prosesinə və informasiyanın ötürülməsinə cavabdehdir. Neyron şəbəkələri əsasında işləyən robotlara istənilən tapşırıq vermək olar və süni beyin öz həll yollarını tapacaq. Bu əməliyyatların bir neçə dəfə icrasından sonra robot optimal alqoritm hazırlayaraq onu başqa robotlara ötürəcək. Beləliklə, təkmilləşdirmə prosesi davam edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Google Research” şirkətinin alimləri öz alqoritmlərini müxtəlif tapşırıqları yerinə yetirən robotlar üzərində sınaqdan keçiriblər: qapıların açılması, sinidəki əşyaların öyrənilməsi.

Birinci halda robot qapının açılmasına xeyli vaxt sərf edib. Amma sonrakı robotlar bu alqoritmdən istifadə edərək qapını asanlıqla açıblar.

Sini ilə bağlı təcrübədə robotlar bir neçə saat ərzində predmetlər arasında əlaqələri öyrəniblər (məsələn, çaynik - fincan - şəkər: insanlara bu əlaqə məlumdur, robotlar isə öyrənməli olublar).

Ən maraqlı anlardan biri robotlardan birini tamamilə başqa tipli cəftəyə malik qapını açmağa məcbur etdikdə onun bu tapşırığın öhdəsindən gəlməsi olub.

Emil Hüseynov







12/10/16    Çap et