Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Göz qırpmaqla foto çəkməyə imkan verən yeni kamera təqdim olunub


Yaponiyanın "Blincam" şirkəti, sadəcə, göz qırpmaqla foto çəkməyə imkan verən kameranın istehsalı üçün "Indiegogo" saytında pul yığımına başlayıb. İstənilən eynəyə qoşulan qurğu daxilində yerləşən sensorlar sayəsində gözün hərəkətini qeydə alır və gözü qırpdıqda qurğu tərəfindən çəkilmiş foto daxili "Bluetooth" sayəsində dərhal smartfona ötürülür.

"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, kameranın akkumulyatorunun avtonom iş vaxtı 8 saatdır və bu, qurğu sahibinin əla və qeyri-adi fotolar çəkməsi üçün kifayətdir.

"Bu kamera maraqlı və gözəl anları fotoaparatın nişanlayıcısı və ya smartfonun ekranı ilə deyil, öz gözləriniz ilə görmək üçün hazırlanıb – "Blincam" şirkətinin direktoru Şota Takase deyib.

Gələn ilin yayında qurğunun satışlarına başlamaq planlaşdırılır.

Emil Hüseynov





12/10/16    Çap et