Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RRB-nin 20 illiyi münasibətilə yeni marka çap olunub
Regional Rabitə Birliyinin 20 illiyi münasibətilə yeni marka çap olunub. “Azərmarka”şirkətinin prezidenti İntiqam Bağırlının “İCTNews”a verdiyi məlumata görə, Belorus Respublikasında yüksək keyfiyyətlə çap olunan marka dövriyyəyə buraxılıb.
Əlli min tirajla çap olunan markaların nominal dəyəri 60 qəpikdir. Kolleksiyaçılar üçün dəyərli olan markalar, eyni zamanda, məktub göndərişlərinin üzərinə vurulmaqla bütün dünyaya yayımlanacaq.
Qeyd edək ki, Regional Rabitə Birliyi 1991-ci ildə yaradılıb. Azərbaycan 1993-cü ildən sözügedən qurumun üzvüdür. Birlik telekommunikasiya, poçt, radio-televiziya, iqtisadiyyat komissiyalarından və Operatorlar ittifaqından ibarətdir.
Azərbaycan rabitə operatorunun poçt sektorunun müdiri Novruz Məmmədov RRB-nin Poçt komissiyasının sədridir.
27/09/11 Çap et