Avropada ən sürətli internet hansı ölkədədir?
“Akamai” rabitə operatoru tərəfindən keçirilmiş tədqiqatın nəticələri bəli olub. Tədqiqat internetin
ən sürtli olduğu ölkəni müəyyənləşdirmək məqsədi ilə keçirilib. “ICTnews” Elektron Xəbər Xidməti “
gazeta.ru” saytına istinadən yazır ki, məlumata görə, Norveç Avropada internetin sürəti üzrə birinciliyi ələ keçirib. Belə ki, Norveçdə 2015-ci illə müqayisədə internetin orta sürəti 55% yüksəlib. Eyni zamanda Norveç dünya reytinqində 20.1 Mbit/san internet sürəti göstəricisi ilə yalnız Cənubi Koreyadan (27 Mbit/san) geridə qalır.
19.5 Mbit/san göstəriciyə malik Honkonq internetin sürəti üzrə dünya reytinqində üçüncü pillədə qərarlaşıb. Avropada internetin sürəti üzrə əvvəlki lider İsveç isə 18.8 Mbit/san göstərici ilə dördüncü olub.
Emil Hüseynov