Yeni nəsil superkompüterin hazırlanmasına başlanılıb
Çinin Milli Müdafiə Elm və Texnika Universiteti və Dövlət Superkompüter Hesablamaları Mərkəzi yeni nəsil hesablama kompüterinin nümunəsini hazırlamağa başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
DNI24” resursuna istinadən yazır ki, Milli Müdafiə Elm və Texnika Universiteti nümayəndəsinin sözlərinə görə, yeni kompüter saniyədə kvintilyon əməliyyat yerinə yetirə biləcək. Gələcək hesablama kompüteri elmi-texniki tərəqqinin irəliləməsində və müxtəlif sahələrin inkişafında böyük əhəmiyyətə malikdir. Bir müddət əvvəl Avropa İttifaqı, Yaponiya və ABŞ yeni nəsil superkompüter hazırlamağa başlayıb. Onların məqsədi 2020-ci ilədək saniyədə kvintilyon əməliyyat yerinə yetirə biləcək kompüter ərsəyə gətirməkdir.
Ölkədə 6 il əvvəl hazırlanan ilk “Tianhe-1” superkompüteri saniyədə kvadrilyon əməliyyat yerinə yetirə bilir. Kompüter hazırda da fəaliyyət göstərərək neft kəşfiyyatı, avadanlıq istehsalı, bioəczaçılıq və s. ilə əlaqədar qarşıya qoyulan vəzifələri icra edir. “Tianhe-1” hər gün 1400-dən çox tapşırıq yerinə yetirir.
Nizam Nuriyev