Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibercinayətkarlar Beynəlxalq Valyuta Fondunu sındırdı


Haker hücumuna yalnız “Sony”, “Nintendo” və “Google” deyil, həm də Beynəlxalq Valyuta Fondu (BVF) kimi maliyyə institutu da məruz qalıb.
Beynəlxalq Valyuta Fondunun nümayəndələri rəsmi şərhlər verməyiblər, amma anonimlik şəraitində iddia ediblər ki, haker hücumu çox ciddi olub. Kibercinayətkarların vacib məlumata giriş əldə edib-etməməsi hələ ki dəqiq məlum deyil. Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Devid Xouli qeyd edib ki, Fond adi rejimdə işləməyə davam edir.
Hal-hazırda BVF-də haker hücumunun arxasında kimin olması haqqında məlumat yoxdur. Fondun “Sony” şirkəti kimi kibercinayətkarların axtarışı üçün çox səy edəcəyini gözləmək olar. Yapon korporasiyasının hərəkətləri nəticəsində, məsələn, keçən həftə İspaniyada PlayStation Network şəbəkəsini qırması ilə əlaqəli “Anonymous” qrupunun 3 üzvü həbs edilib.




13/06/11    Çap et