Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elastik klaviatura formasında mini-kompüter təqdim olunub


“GeekBuying” onlayn mağazası “Windows 10” əməliyyat sistemi işləyən mini-fərdi kompüteri özündə birləşdirən elastik klaviaturaya ilkin sifarişlərin qəbuluna başlayıb. Cari ayın sonunda “Vensmile K8” adlı klaviatura formasında mini-kompüterin tədarüklərinə başlanılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, dördnüvəli “Intel Atom X5 Z8300” prosessoru ilə işləyən “Windows” sistemli kompüter birbaşa taçpada birləşdirilib. “Vensmile K8” sensor daxiletmə sistemini və “4G” şəbəkəni dəstəkləyir, “HDMI+VGA” çıxışına, “Bluetooth” simsiz modulu, ikidiapazonlu “Wi-Fi” (2.4 və 5 QHs) və başqa periferiya qurğularını qoşmağa imkan verən “USB 3.0” portuna malikdir.

Mini-fərdi kompüter 4 QB əməli yaddaş (“DDR3”) və 64 QB “eMMC” fləş yaddaşı ilə təchiz edilib. “K8” kompüteri “Windows 10” (ev redaksiyası) sistemi ilə tədarük edilir. Qurğunun ən qeyri-adi özəlliyi cibə yerləşdirmək imkanıdır.

Emil Hüseynov





17/10/16    Çap et