“Microsoft” rəsmən “Windows Server 2016” server platformasını təqdim edib
“Microsoft” korporasiyası “Windows Server 2016” server platformasının yeni versiyasını təqdim edib. “Windows Server 2012 R2” relizindən 3 il sonra çıxarılmış “Windows Server 2016” biznesin rəqəmli transformasiyası məsələləri nəzərə alınaraq hazırlanıb və korporativ server infrastrukturunun daha səmərəli işləməsi üçün innovativ alətlərdən ibarətdir.
“ICTnews” Elektron Xəbər Xidməti “
cnews.ru” saytına istinadən yazır ki, “Windows Server 2016”-nın əsas özəlliyi təhlükəsizlik sisteminin yenilənməsi olub. “IDC” tədqiqat şirkətinin məlumatına əsasən, 2016-cı ildə dünyada mütəşəkkil kibercinayətkarlıqdan şirkətlərə dəyən zərərin həcmi 650 milyard dollardan çox təşkil edəcək, 2020-ci ilə isə bu göstərici 1 trilyon dolları ötəcək.
Yeni “Windows Server 2016” server platformasında təhlükə və şübhəli fəaliyyətin operativ aşkar edilməsi alətləri, “BitLocker”in köməyi ilə virtual maşınların şifrlənməsi, “Credential Guard” administratorlarının hesablarının qorunması, həmçinin “Hyper-V”-də konteyner proqramları üçün təhlükəsizlik sistemi idarəetməsi imkanları əlçatan olub.
Emil Hüseynov