Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” dünyada 10 nm-lik texnoloji proses üzrə hazırlanmış ilk çiplərini təqdim edib


“Samsung Electronics” şirkəti “FinFET” texnologiyasından istifadəyə əsaslanan 10 nm-lik (nanometr) çiplərin kütləvi istehsalına başlayıb. Şirkətin məlumatına əsasən, bu, dünyada 10 nm-lik texnologiya üzrə yaradılmış ilk mikrosxemlərdir.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, şirkətin rəsmiləri bildiriblər ki, sözügedən çiplər 2017-ci ilin əvvəlində təqdim ediləcək yeni qurğunun yaradılmasında istifadə ediləcək. Amma “Samsung” şirkəti yeni qurğu haqda məlumat verməyib.

Bundan əvvəl Koreyanın “Electronic Times” nəşri yazıb ki, “Samsung” 10 nm-lik texnoloji prosesin tətbiqinə əsaslanan məhsuldar “Qualcomm Snapdragon 830” çiplərinin istehsalı üzrə yeganə podratçı olacaq. Çiplər “Galaxy S8” smartfonlarının 50%-də istifadə ediləcək.

“Samsung” şirkətinin iddiasına görə, 10 nm-lik texnoloji proses üzrə hazırlanmış çiplər 14 nm-lik çiplərlə müqayisədə 27% daha məhsuldar olacaq. Bu halda enerji sərfiyyatı 40% azalacaq. Həmçinin bir yarımkeçirici lövhədə 30% daha çox çip yerləşdirmək mümkün olacaq.

Emil Hüseynov





17/10/16    Çap et