Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT nəhəngləri sürətli kompüter interfeysi yaradırlar


"Google", "IBM", "Samsung", "Dell", "Micron", "HP Enterprise", "ARM" və "Nvidia" şirkətləri daxil olmaqla nəhəng İT şirkətləri kompüter komponentləri üçün yüksəksürətli interfeysi inkişaf etdirən  konsorsium yaradıblar. İnterfeys "Open Coherent Accelerator Processor Interface" ("OpenCAPI") adlandırılıb.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, sözügedən interfeys böyük məlumatların emalı, təhlil və kompüter təlimi ilə bağlı məsələlərin həllində məlumat mərkəzlərinin məhsuldarlığını yüksəltmək üçün nəzərdə tutulub.

İnterfeys daşıyıcı, yaddaş modulları, qrafik və mərkəzi prosessorların kompüter sistemlərinə qoşulması üçün nəzərdə tutulub, amma "PCI-Express 3.0" interfeysindən fərqli olaraq, məlumatların ötürülməsi 10 dəfə daha sürətlidir.

Konsorsium 2016-cı ilin sonunadək "OpenCAPI" spesifikasiyalarını təsdiq etməyi planlaşdırır. Yeni interfeysdən istifadə edən server və başqa avadanlığın çıxarılması 2017-ci ilin ikinci yarısına nəzərdə tutulub.

Emil Hüseynov





18/10/16    Çap et