Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 1 iyul 2016-cı il tarixində elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub.
Kompleks ekspertizaya təqdim olunmuş 112 layihədən 61-i müsbət rəy alıb.
Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcəkdir. Şuranın növbəti iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, müsabiqə çərçivəsində Fonda 121 layihə təqdim edilib.
18/10/16 Çap et