Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” ABŞ-da mövqeyini gücləndirməyə davam edir
ABŞ-da “Android” mobil əməliyyat sisteminin populyarlığı əvvəlki kimi artmaqdadır.
“Nielsen” tədqiqat şirkətinin yeni hesabatında bildirilib ki, cari ilin avqust ayında ABŞ-da bütün smartfonlar arasında “Google” şirkətinin məhsulu olan “Android” mobil əməliyyat sisteminin payı 43% təşkil edib.
Məlumat üçün qeyd edək ki, keçən ay bu göstərici 40% olub. “Apple” smartfonlarının payı isə 28% olaraq qalıb.
Eyni zamanda, “RİM” şirkətinin məhsulu olan “BlackBerry” smartfonlarının payı 1% azalaraq 18% olub. Analitiklər qeyd edir ki, “Microsoft” şirkətinin mobil əməliyyat sisteminin payı əhəmiyyətli dərəcədə azalıb və “Nielsen” hesabatında “Digərləri” kateqoriyasına daxil edilib.
27/09/11 Çap et