Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nitqin başa düşülməsi sahəsində irəliləyiş edilib


“Microsoft” korporasiyasının “Microsoft Research” tədqiqat bölməsi nitqin tanınması sahəsində növbəti irəliləyişə nail olaraq insan nitqini peşəkar tərcüməçilərlə müqayisədə az səhvə yol verməklə başa düşə bilən sistem hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, ötən ay "Word Error Rate” metrikasında 6,3 faizlik nəticə əldə edən bölmə mütəxəssisləri bu dəfə həmin göstəricini 5,9 faizədək artırmağa nail olublar ki, bu da sistemin indiyədək “Switchboard” nitq tanınması sənaye standartı vasitəsilə sözlərin başa düşülməsində yol verilən səhvlərdə ən aşağı göstərici hesab edilir. 

Nitqin tanınması bölməsinin rəhbəri Syuedun Huan qeyd edib ki, biz insanla paritetə nail olaraq tarixi uğura imza atmışıq.

Qeyd edilir ki, bu nailiyyət ABŞ korporasiyasına nitqin tanınmasının tətbiq edildiyi “Cortana”, “Skype” və s. kimi əksər servislərin işini yaxşılaşdırmağa imkan verəcək.

Nizam Nuriyev 





19/10/16    Çap et