Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon asılılığı ilə mübarizə üçün qurğu yaradılıb


Müasir texnologiyalar yeni asılılıq formaları doğurur və onlardan biri bilavasitə smartfonlarla əlaqədardır. Alimlər insanların mobil qurğulara aludə olmalarından narahatdır. Məhz buna görə Niderland mütəxəssisləri səylərini smartfondan ayrılmamaq zərərli vərdişindən xilas olmağa kömək edən qurğunun yaradılmasına yönəldiblər.

“ICTnews” Elektron Xəbər Xidməti "DNI24” resursuna istinadən yazır ki, “Distractagone” adlanan qurğu vaxtölçən ilə təchiz edilən qutu səkilindədir. İstifadəçi saatı quraraq smartfonu futlyara qoyur və ondan yalnız vaxtölçən verilmiş intervalı ölçdükdən sonra istifadə edə bilir.

Əksər insanların smartfondan necə asılı olmasını çox yaxşı bilməsini düşünən Niderland alimləri qurğunun böyük perspektivlərə malik olmasına inanırlar.  

Nizam Nuriyev





19/10/16    Çap et