Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2011-ci ildə bukrider satışları 30 milyon ola bilər


Elektron kağız əsasında ekran təchizatçısı “E Ink Holdings” şirkətinin proqnozlarına əsasən, elektron kitabların oxunması üçün qurğu satışları cari ildə 25-30 milyon təşkil edə bilər.

Hesablamalara əsasən, 2011-ci ilin ilk rübündə təxminən 6 milyon bukrider satılıb, ikinci rübdə tədarüklər isə 5,4 milyon olub. İlin ikinci yarısında ilk yarımilliklə müqayisədə ən azı 1.5 dəfə artım gözlənilir.

“Amazon” şirkəti ikinci rübdə bazarın 51,7%-ni tutub. İkinci mövqeni “Barnes & Noble” şirkəti tutur, onun payı 23-dən 21,2%-ə qədər azalıb. 6% göstərici ilə “Pandigital” üçlüyü tamamlayır.

“E Ink Holdings”-in proqnozları “İDC” analitiklərinin fikri ilə uyğun gəlir, belə ki “İDC” analitikləri güman edirlər ki, ilin nəticəsinə görə bukrider satışlarının həcmi bütövlükdə 27 milyon olacaq.




27/09/11    Çap et