Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hokinq: “Süni intellekt bəşəriyyət üçün təhlükəli ola bilər”


Britaniyalı fizik-nəzəriyyəçi Stiven Hokinq  süni intellektin bəşəriyyət tarixində rolunu çoxmənalı hesab edir.

O, Kembric Universitetində süni intellekt və gələcək bəşəriyyətin öyrənilməsi üzrə mərkəzin açılışında belə fikir səsləndirib.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, "biz intellektimizin süni intellektlə gücləndirilməsi təqdirdə nələrə nail ola biləcəyimizi öncədən söyləyə bilmərik" – “Daily Express” qəzeti Hokinqin sözlərindən sitat gətirir. Tədqiqat mərkəzi Oksford Universiteti və London İmperiya kolleci ilə birgə yaradılıb.

"Ola bilsin ki, biz yeni texnologiya inqilabına məxsus alətlər dəstinin köməyi ilə əvvəlki sənaye inqilabı ilə vurulmuş zərəri qismən kompensasiya etmək imkanı əldə edək" – alim deyib. Onun sözlərinə görə, süni intellekt xəstəlik və yoxsulluğun məhvi ilə mübarizədə istifadə edilə bilər. "Süni intellekt həyatımızın bütün aspektlərini dəyişdirəcək" – Hokinq buna əmindir.

Eyni zamanda alim bildirib ki, bəşəriyyət risklərə nəzarət etməyi öyrənmədiyi halda süni intellektin yaradılması son texnologiya inqilabı ola bilər. “Süni intellekt fayda ilə yanaşı, həmçinin təhlükələr yaradacaq" – o belə düşünür.

Hokinq süni intellektin öz-özünü təkmilləşdirərək insanlarla münaqişəyə girmək ehtimalını istisna etmir.

Emil Hüseynov




21/10/16    Çap et