Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AZAL reyslərində “Samsung Galaxy Note 7” smartfonlarının daşınmasını tam qadağan edib


"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) reyslərində Samsung Galax Note 7” smartfonların əl yükündə və qeydiyyatdan keçən baqajda daşınması qadağan olur. Bu qərar ABŞ-ın aviasiya hakimiyyəti, eləcə də bütün dünya üzrə digər sərnişin aviadaşıyıcıları tərəfindən analoji qadağadan sonra qəbul edilib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin yaydığı xəbərdə qeyd olunur ki, əl yükündə smartfon aşkarlandığı halda telefon sahibi smartfonu yola salan tanışlarından birinə verməyənədək sərnişinin təyyarəyə minməsindən imtina edilə bilər, çünki aviaşirkət hava limanında saxlama xidmətləri vermir.

Əgər smartfon təyyarənin salonuna bilmədən keçirilibsə,  onu dərhal söndürmək və uçuşun başa çatmasınadək söndürülmüş vəziyyətdə saxlamaq lazımdır.

Əgər həmin smartfon baqajda aşkar olunarsa, o reysə yüklənməyəcək və sərnişinin tələb etməsinədək hava limanında itirilmiş baqaj bürosuna (Lost & Found) göndəriləcək.





21/10/16    Çap et