Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC Amaze 4G” smartfonu 1,5 QHz prosessora malik olacaq


Veb-mənbələrin məlumatına əsasən, “HTC” şirkəti güclü “Amaze 4G” smartfonunu dördüncü rübdə təqdim edəcək.

Monoblok tipli korpusda hazırlanmış aparat “qHD” (540×960 nöqtə) kəskinlikli 4,3 düym sensor ekrana malik olacaq. 8 meqapiksel matrislə əsas kamera və videotelefoniya üçün 2 meqapikselli ön kamera olacağı bildirilib.

“Amaze 4G” aparatının “ürəyi” 1,5 QHz takt tezliyində işləyən 2 nüvəli prosessordur. Əməli yaddaş tutumu 1 QB təşkil edəcək; inteqrasiya edilmiş fləş daşıyıcının tutumu hələ dəqiqləşdirilməyib.

Digər xüsusiyyətlər arasında “Wi-Fi” və “Bluetooth 3.0” simsiz əlaqə adapterləri, həmçinin 42 Mbit/s-yə qədər keçirtmə qabiliyyəti olan “HSPA+” mobil şəbəkəsinin dəstəklənməsi sadalanır. Əməliyyat sistemi “Sense 3.5” firma istifadəçi interfeysi əlavə edilmiş “Android 2.3” platformasıdır.

“HTC” cari rübdə 13,5 milyon smartfon satmağı hesablayır. Əgər bu proqnozlar düz olsa, illik hesablama üzrə artım təxminən, 100% təşkil edəcək. Hesablamalara əsasən, “HTC” 2011-ci il ərzində 40-50 milyon smartfon sata bilər.




27/09/11    Çap et