Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sinqapurda məhkəmə bildirişləri “WhatsApp” vasitəsilə göndəriləcək


Sinqapurda məhkəmə mülki iddialar üzrə məhkəmə bildirişlərini “WhatsApp” messenceri vasitəsilə göndərməyə icazə verib.

“ICTnews” Elektron Xəbər Xidməti “russian.rt.com” saytına istinadən bildirir  ki, Sinqapurun “The Straits Times” qəzetinə görə, bu yaxınlarda “R&D Pharmaceuticals” şirkətinin borc haqqında xüsusi şəxsə qarşı iddiası ilə əlaqədar belə hadisə qeydə alınıb.

Müqəssir Tan Çonq Min tərəfindən göstərilmiş ünvana dəfələrlə bildiriş göndərilsə də, heç bir nəticə əldə edilməyib, bundan sonra məhkəmə bildirişini “WhatsApp” vasitəsilə göndərməyə qərar veriblər.
Cari ilin mayında Sinqapur Ali Məhkəməsi mülki iddialar üzrə sənədləri elektron poçtun köməyi ilə göndərməyə icazə verib.

Emil Hüseynov





22/10/16    Çap et