Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən qeyri-adi sosial şəbəkəsi yaradılıb
59 yaşlı kanadalı Harold Hakett dünyada ən qeyri-adi sosial şəbəkə yaradıb. Bu sosial şəbəkə Atlantik okeanına atılmış butulkalar vasitəsilə yaradılıb. Hər butulkada əlaqə ünvanı yazılmış məktub olub.
15 il ərzində Harold Hakett okeana demək olar ki, 5 min butulka üzməyə göndərib və 3 mindən çox cavab xəbəri alıb. O, Harold Hakett məktubu ilə olan öz ilk butulkasını 1996-cı ildə göndərib.
Bütün bu vaxtlar ərzində o, özünün qeyri-adi əyləncəsi sayəsində Rusiya, Hollandiya, Böyük Britaniya, Fransa, İrlandiya və digər ölkələrdən, həmçinin Afrikadan çoxlu dostlar tapıb.
Bəzi məktublar növbəti naməlum ünvanı tapanadək 13 il ərzində səyahət edib. Dostlardan bir çoxu Harold Hakettlə yazışmanı davam etdirir və ona təbrik açıqcaları və kiçik suvenirlər göndərirlər.
27/09/11 Çap et