Süni intellekt məhkəmənin qərarlarını tapacaq
Böyük Britaniyadan olan alimlər qrupunun səyi nəticəsində süni intellekt İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarını öncədən biləcək. London Universitet Kolleci (UCL) və Şeffild Universitetində hazırlanmış alqoritm Strasburq Məhkəməsi tərəfindən vətəndaşların iddiaları üzrə çıxarılmış 584 qətnamə üzərində sınaqdan keçirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
vesti.ru” saytına istinadən yazır ki, tədqiqatçıların sözlərinə görə, kompüter proqramı 79% halda işgəncələr, şəxsiyyətin alçaldılması, əsas azadlıqların məhdudiyyəti ilə bağlı məhkəmə işlərinin nəticəsini tapır. Kompüter təlimi texnologiyalarına əsaslanan yeni alqoritm müraciət mətnini təhlil edir, ayrı-ayrı nümunələri aşkar edir və qərar çıxardır.
"Biz süni intellektin hakim və vəkilləri əvəz edəcəyini düşünmürük, amma onu məhkəmə işlərində qanunauyğunluqların sürətli aşkar edilməsində faydalı hesab edirik”, - deyə UCL-də çalışan Nikolaos Aletras bildirib..
Emil Hüseynov