Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Protezlər üçün həssas corab yaradılıb
Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin alimləri aşağı ətrafların protezləri üçün həssas corab prototipini hazırlayıblar.
Əl və ayaqlar üçün bəzi müasir protez modelləri artıq əks-əlaqə sistemləri ilə təchiz edilib, ancaq belə “ağıllı” protezlərin dəyəri çox bahadır. Bu halda protezlər zamanla köhnəlir və bir neçə ildən sonra onları dəyişdirmək lazım gəlir ki, bu da yüksəktexnologiyalı protezlərdən istifadə edən insanların sayını azaldır. Bununla belə, adi protezlər minimum funksiya dəstinə malikdir. Amma belə sadə protezlər, məsələn, pedallardan tam istifadəyə və ya velosiped sürməyə imkan vermir.
“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, avstriyalı alimlər sadə protezlərin funksionallığını artırmaq üçün konkret protezlə bağlı olmayan əlavə qeyri-invaziv əks-əlaqə sistemini hazırlamağa qərar veriblər. Onlar tərəfindən yaradılmış “ağıllı” corab prototipi pəncənin müxtəlif zonalarında təzyiqi müəyyənləşdirə və vibrasiyanın köməyi ilə bu informasiyanı istifadəçiyə ötürə bilər.