Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal smartfon bazarının həcmi 1% artıb


“IDC” analitikləri 2016-cı ilin üçüncü rübü üzrə qlobal smartfonlar bazarındakı vəziyyət haqda ilkin məlumatları dərc ediblər. Mütəxəssislərin qiymətləndirməsinə görə, şirkətlər ilin son rübündə ümumilikdə 362.9 milyon smartfon tədarük ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, aparıcı smartfon istehsalçılarının reytinqində dəyişiklik qeydə alınmayıb. İlk beşlikdə “Samsung”, “Apple”, “Huawei”, “Oppo” və “Vivo” şirkətləri qərarlaşıblar.

“Galaxy Note 7” ilə bağlı problem qısamüddətli perspektivdə “Samsung” şirkətinin liderliyinə təsir etməyib: üçüncü rübdə şirkət əvvəlki kimi liderliyini qoruyub saxlayıb, ancaq Cənubi Koreya brendi üçün uzunmüddətli nəticələr hələ özünü göstərəcək.

“IDC”-nin hesablamasına görə, 2016-cı ilin iyul-sentyabrında “Samsung” şirkəti 72.5 milyon smartfon tədarük edib. Bu halda mütəxəssislər bildiriblər ki, “Note 7”-nin satış həcmini Cənubi Koreya şirkətinin göstəricilərinə daxil etməyiblər. Ötən ilin göstəriciləri ilə müqayisədə “Samsung”un qurğularının tədarük həcmi 13.5% azalıb.
“Apple” şirkəti 45.5 milyon “iPhone” smartfonu tədarük edib. Ötən il bu göstərici 48 milyon təşkil edib. Şirkət rəsmiləri etiraf ediblər ki, 5.5 düymlük “iPhone 7 Plus” smartfonuna olan çox yüksək tələbatın öhdəsindən gəlmirlər.

“Huawei” şirkəti ilin son rübündə 33.6 milyon smartfon tədarük edərək ötənilki göstəricini (23%) yaxşılaşdırıb. Nəticədə “Huawei” şirkətinin bazar payı 7.6%-dən 9.3%-dək artıb.

Emil Hüseynov





27/10/16    Çap et