Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər infarktdan xilas edən mobil proqram yaradıblar


Finlandiyalı alimlər tərəfindən hazırlanmış mobil proqramın köməyi ilə infarktın ilk  əlamətlərini anında müəyyənləşdirmək mümkündür.
 
"ICTnews" Elektron Xəbər Xidməti "planet-today.ru" saytına istinadən yazır ki, sözügedən proqramın özəlliyi ondadır ki, insanın nəbzi haqda informasiya ötürən xüsusi "ağıllı saat" və ya "ağıllı bilərzik"dən istifadəni tələb etmir. Mobil proqram insanın sağlamlığı haqda məlumatların təhlili üçün smartfona qurulmuş sensorlardan istifadə edir.
 
Mütəxəssislərin məlumatına görə, "iOS" və "Android" əsaslı müasir telefonlar qiroskopla təchiz edilib. Proqram qiroskopun köməyi ilə ürək döyüntüsü sayəsində hərəkətə gələn döş qəfəsinin minimal tərpənişini qeydə alır. Beləliklə, qan dövranının pozulması və ritmin azalması halında proqram bunu dərhal qeydə alaraq istifadəçini xəbərdar edir.
 
Mütəxəssislər bildiriblər ki, belə proqram 70% halda infarktı müəyyənləşdirməyə imkan verir və insanların həyatını xilas etməyə kömək edir. Bir dəqiqəlik test insana lazım olan köməyi anında müəyyən etməyə kömək edir.
 
Emil Hüseynov
 





31/10/16    Çap et