Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-in nümayəndəsi “Genişzolaqlı xidmətlərə çıxış” adlı beynəlxalq konfransda iştirak edəcək


Oktyabrın 4-dən 6-dək Moldovanın paytaxtı Kişinyov şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının və Moldovanın Tənzimləyici qurumunun təşkilatçılığı ilə “Genişzolaqlı xidmətlərə çıxış” adlı beynəlxalq konfrans keçiriləcək.

Konfransda ölkəmizi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov təmsil edəcək.

Eyni zamanda konfrans çərçivəsində Regional Rabitə Birliyinin rabitə sahəsində tənzimləyici qurumların fəaliyyətinin əlaqələndirmə komissiyasının 5-ci toplantısı da keçiriləcək.

Toplantıda RİTN-in nümayəndəsi, komissiyanın üzvü Ə.Təmirovun “Azərbaycanda rabitə xidmətlərinin lisenziyalaşdırma təcrübəsi” mövzusunda çıxış etməsi gözlənilir.




27/09/11    Çap et