Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada öz bortunda akkumulyator daşıyan ən kiçik uçan aparat yaradılıb


Pensilvaniya Universitetinin modulyar robot texnikası laboratoriyasında çalışan mütəxəssislər dünyada öz bortunda enerji mənbəyi daşıyan ən kiçik pilotsuz uçan aparat hazırlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, təqdim edilmiş monokopter istehsalçılarının fikrincə, belə pilotsuz uçan aparatlar sürüsü müxtəlif sensorlar yığımını daşıya bilər, bu halda dronların kiçik yükqaldırma qabiliyyətini onların sayı kompensasiya edə bilər. Layihənin müəllifləri hesab edirlər ki, mikrodronlar sürüsü həm tədqiqat məsələləri, həm də axtarış-xilasetmə işləri üçün müvafiqdir. Bu halda fırlanan korpus panorama ölçülərini tez hazırlamağa imkan verir.
 
“Piccolissimo” pilotsuz uçan aparatı “3D” çap texnologiyasının köməyi ilə hazırlanmış fırlanan korpusa malik asimmetrik monokopterdir. Propellər uçuş zamanı saniyədə 800 dövr, dronun korpusu isə 40 dövr tezliklə fırlanır. Operator uzaq məsafədən idarəetmə funksiyasına malik infraqırmızı pultun köməyi ilə pilotsuz uçan aparatı və korpusun fırlanma tezliyinin dəyişdirilməsi vasitəsilə monokopterin hərəkət istiqamətini idarə edir.
 
İstehsalçılar uçan aparatın iki versiyasını hazırlayıblar: diametri təxminən 25 mm olan kiçik qurğunun çəkisi 2.5 qramdır, diametri 1 sm olan daha böyük dronun çəkisi 4.5 qramdır.

Emil Hüseynov








02/11/16    Çap et