Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” reklamı “Mac” kompüterlərini virusa yoluxdurur


"Cylance" şirkətinin mütəxəssisləri "Mac" kompüteri istifadəçilərinin cinayətkarların "Google Chrome"un sifarişi ilə "AdWords" servisində bir neçə ön mövqeyi satın alması səbəbindən "Google.com" reklamı ilə ehtiyatlı olmaları barədə xəbərdarlıq ediblər. İndi brauzeri yükləyən istifadəçilərin zərərli proqram almaları qaçılmaz olub.

"ICTnews" Elektron Xəbər Xidməti "Qosindeks" resursuna istinadən yazır ki, bu xoşagəlməz halla kompüterə "FLV Player" pleyerini yükləyərkən də rastlaşmaq olar. Virus yükləmə zamanı antivirus kimi görünən "FLVPlayer.dmg" adı altında gizlənir. Sonra proqram kompüterin təhlükəsizliyini təmin etmək üçün faylları yükləməyi tələb edir, lakin əslində məqsəd kompüteri virusa tam yoluxdurmaqdan ibarətdir.

Məlumata görə, "Windows" əməliyyat sistemi ilə işləyən fərdi kompüter istifadəçiləri də təhlükə altındadır. "Google Chrome" faylını yükləmək istəyən istifadəçilər virusa yoluxmuş "admin.myfilessoft.com" saytına yönəldilirlər. Mütəxəssislər "Google" şirkətini problem barədə məlumatlandırıblar. "Chrome" brauzerini bu yaxınlarda yükləyən istifadəçilərin kompüteri antivirusla yoxlaması tövsiyə edilir.  

Nizam Nuriyev 





07/11/16    Çap et