Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlon Mask: “Robotlar bütün işləri ələ keçirəcək”


Mühəndis və sahibkar İlon Mask "CNBC" telekanalına müsahibədə gələcəkdə bəşəriyyəti gözləyən fəlakətlə bağlı fikirlərini bölüşüb. Onun fikrincə, işə salınan aktiv avtomatlaşdırma prosesi insanları işsiz qoyacaq.
"İnsanlar öz iş yerlərinin robotlar tərəfindən tutulması ilə hesablaşmalı olacaqlar. Biz hamımız inkişaf etmiş süni intellektlə birgə yaşamağı öyrənməliyik", - o bildirib.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, İ.Mask əmindir ki, bu təhlükə təkcə böyük zavod işçilərini gözləmir. Onun qənaətinə görə, neyroşəbəkələr yaxın gələcəkdə hətta yaradıcılıq xarakterli işi insandan daha yaxşı yerinə yetirə biləcək.

Bildirilir ki, bəşəriyyətə yeni şəraitə adaptasiya etməyə və tənəzzüldən qorumağa yalnız hər yerdə qeyd-şərtsiz baza gəlirinin - iş görmədən cəmiyyətin hər bir üzvünə müəyyən pul məbləğinin mütəmadi ödənilməsinin tətbiqi kömək edəcək. Vəziyyətdən belə çıxış yolu yoxsulluğun aradan qaldırılmasına və yeni mədəni və iqtisadi bərabərliyin yaranmasına yardımçı olacaq.

Nizam Nuriyev 





07/11/16    Çap et