Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ildə bu brauzer 331 milyon istifadəçisini itirib


Vaxtilə ən populyar və kütləvi olan "Internet Explorer" brauzeri sürətlə öz populyarlığını itirir. 2016-cı ildə sözügedən brauzer daha 331 milyon istifadəçi itirib.

İstifadəçilər tədricən "Chrome" brauzerinə keçirlər. Cari ildə 35%-dən  55%-dək artım qeydə alınıb. Beləliklə, internet istifadəçilərinin 50%-dən çoxu "Xrom" brauzerindən istifadə edirlər. "Explorer" brauzerinin payı  44%-dən (2016-cı ilin əvvəlində) 23%-dək azalıb.

"ICTnews" Elektron Xəbər Xidməti "news.rambler.ru" saytına istinadən yazır ki, "Microsoft" şirkətinin yeni "Edge" brauzeri hələ populyarlıq əldə etməsə də, ancaq 3%-dən 5%-dək artımı müsbət xarakterizə etmək olar. Lakin istifadəçilər çox vaxt "Explorer"dən yeni "Edge" brauzerinə deyil, "Chrome"a keçirlər.

Müqayisə üçün, 2015-ci ildə internet istifadəçilərinin 50%-i "Explorer" brauzerindən istifadə edirdilər, o vaxt "Chrome"un payı 27% idi.

Emil Hüseynov





08/11/16    Çap et