Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Super Liqasının ilk oyununda “Telekom” komandası qələbə qazanıb
Noyabrın 8-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasının rəsmi açılış mərasimi keçirilib. 2016/2017 Azərbaycan Super Liqasının ilk oyununda "Telekom" komandası "Azeryol" komandası ilə qarşılaşıb. Oyunun ilk seti "Telekom"un üstünluyü ilə keçsə də, setin sonlarında edilmış səhvlər üzündən oyun 23:25 hesabı ilə "Azəryol"un xeyrinə bitib. "Telekom" ikinçı setdə yenidən toparlanaraq, 25:19 hesabı ilə, oyunun üçüncü setində isə 25:15 hesabı ilə qələbə qazanıb.
Gərgin mübarizə şəraitində keçən dördüncü set 26:24 bitərək, "Telekom" komandasına "Azeryol" üzərində 3:1 hesabı ilə qələbə qazandırıb (23:25, 25:19, 25:15, 26:24) .
"Telekom"un bu oyunda ən məhsuldar oyunçuları kapitan Yelizaveta Səmədova (20 xal), Jovana Vesoviç (18 xal) və Marqarita Əzizova (15 xal) olublar.
Turun digər qarşılaşmasında "Azərreyl" – "Lokomotiv" üzərində 3:0 (25:14, 25:10, 25:8) hesabı ilə qalib gəlib.
10/11/16 Çap et