Kiçikölçülü “3D” printer təqdim edilib
“3D” printerlər inanılmaz imkanlar təqdim edir: stəkan, üzük, protez və bir çox başqa əşyalar çap etmək mümkündür, amma əksər insanlar bunun üçün böyükölçülü printerlərdən istifadə etmək məcburiyyətindədir. “PocketMaker 3D” – bu, əl çantasına yerləşən kiçik yığcam printerdir.
“ICTnews” Elektron Xəbər Xidməti “
fainaidea.com” saytına istinadən yazır ki, zəngli saat ölçüsündə olan “PocketMaker 3D” printerini masanın üzərinə qoyaraq adi cihaz kimi istifadə etmək olar.
Kiçikölçülü printerin yaradıcıları iddia edirlər ki, bu qurğu adi böyükölçülü printerdən dəfələrlə ucuz başa gələcək və çap sənaye printerində olduğu kimi alınacaq.
Emil Hüseynov