Yeni virus 1 milyondan çox “Android” smartfonunu təhdid edir
"Android" mobil əməliyyat sistemi ilə işləyən 1 milyondan çox smartfon "Google Play" internet mağazasında yayılmış "Android.MulDrop.924" troyanına yoluxub. "Doktor Veb" şirkətinin analitiklərinin məlumatına görə, zərərli proqram təminatı istifadəçidən xəbərsiz tətbiqlər yükləyir, onları quraşdırmağı təklif edir, zəhlətökən reklam göstərir.
"ICTnews" Elektron Xəbər Xidməti "
hi-tech.mail.ru" saytına istinadən yazır ki, zərərli proqram təminatı eyni anda oyun və başqa tətbiqlərdə bir neçə hesabdan istifadəyə imkan verən "Multiple Accounts: 2 Accounts" proqramında aşkar edilib. Sözügedən tətbiq öz funksiyalarını yerinə yetirsə də, amma cihaza zərər vurur.
Troyan, hər şeydən əvvəl, istifadəçidən xəbərsiz kənar proqramlar yükləyir. Mobil internetdən istifadə zamanı kifayət qədər çoxlu pul xərclənir. Bundan başqa, zərərli proqram zəhlətökən reklam göstərir.
Emil Hüseynov