Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində ikimərhələli autentifikasiya əlçatan olacaq


"WhatsApp" messencerinin 2.16.341 versiyasından etibarən ikimərhələli autentifikasiya funksiyası əlçatandır. Siz sonuncu yeniləməni quraşdırdığınız halda hesabın sazlamalarında yeni ikimərhələli autentifikasiya seçimini tapa bilərsiniz. Bu funksiya "WhatsApp" istifadəçilərinin təhlükəsizliyini daha da artıracaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti 4pda.ru saytına istinadən yazır ki, hər dəfə mobil telefon nömrəsini qeydiyyatdan keçirən zaman altı rəqəmli parol daxil etmək lazım gələcək. Sözügedən funksiyanı aktivləşdirdikdə  elektron poçt ünvanını da daxil etmək lazımdır ki, parol yaddan çıxdıqda onu yenidən bərpa etmək mümkün olsun.
 
Səsli mesajın fon rejimində səsləndirilməsi çoxdan gözlənilən yeniliklərdən biridir. İndiyə qədər  səsli mesajı dinləmək üçün proqramı açıq saxlamaq lazım idi. İndi isə başqa insanlarla yazışmaq və ya digər proqramlardan istifadə etmək mümkündür.
 
"Android" mobil əməliyyat sistemində sözügedən funksiyalara giriş əldə etmək üçün "Google Play"də beta test proqramının iştirakçısı olmaq lazımdır.

Emil Hüseynov
 





12/11/16    Çap et