Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni “iPhone” smartfonunun təqdimat tarixi rəsmən təsdiq edilib
“Apple” şirkəti jurnalistlərə "Let's Talk iPhone" adlı tədbirə dəvət göndərib. Tədbir oktyabr ayının 4-də olacaq.
“Apple” şirkətinin tədbirdə yeni nəsil “iPhone” smartfonlarını təqdim edəcəyi güman edilir. Təqdimatın adı da həmçinin bundan xəbər verir.
Məlumat üçün qeyd edək ki, dəvətlərin göndərilməsindən əvvəl Amerikanın “All Things Digital” texnologiya bloqu ilk olaraq yeni aparatın oktyabr ayının 4-də elan ediləcəyini bildirmişdi.
Təqdimat “Apple”-ın Kaliforniya ştatındakı qərargahında keçiriləcək. Qeyd edək ki, şirkət son illərdə tədbirlərin əksəriyyətini San-Fransiskoda yerləşən “Yerba Buena Center”-də keçirib.
Təqdimatı kimin keçirəcəyi dəvətdə bildirilməyib.
“Apple” şirkətinin baş direktoru Tim Kuku ən ehtimal olunan iddiaçı adlandırırlar. Qeyd edək ki, o, 2011-ci ilin avqust ayında şirkətin həmtəsisçisi Stiv Cobsu əvəz edib.
“Apple” şirkəti “iPhone” smartfonlarının ilk nəslini 2007-ci ildə təqdim edib. Bugünkü gün üçün sonuncu və say üzrə dördüncü olan “iPhone 4” aparatı 2010-cu ilin yayında çıxıb.
28/09/11 Çap et