Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook Rooms” funksiyası “Messenger” əlavəsinə inteqrasiya edilib


“Facebook” şirkəti “Facebook Rooms” funksiyasını “Messenger” əlavəsinə inteqrasiya edərək tanış olmayan insanlarla ünsiyyətə imkan yaradıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yenilik barədə şayiələr bir neçə ay əvvəl internetdə yayılmağa başlayıb. Əvvəllər olduğu kimi, funksiya tematik ictimai və ya 250 nəfərədək iştirakçının qoşula biləcəyi xüsusi ünsiyyət otağı (çat) kimi istifadəyə verilib.
 
“Facebook Messenger” meneceri Dryu Moksonun sözlərinə görə, hazırda qrup çatlar yalnız tanış insanlar - dostlar və ailə üzvləri üçün nəzərdə tutulub, lakin biz başqa istifadəçilərlə də müəyyən mövzularda ünsiyyətə ehtiyac yaranmasını aşkarladıq. Çat otaqları tematik söhbətlərin imkanlarını açacaq, istifadəçilər isə tanımadıqları insanlarla da ünsiyyət yarada biləcəklər.
 
Qeyd edək ki, hazırda yalnız Kanada və Avstraliya sakinlərinin yararlana bildiyi funksiyanın populyarlıq qazanacağı təqdirdə tezliklə qlobal miqyasda istifadəyə veriləcəyi gözlənilir.
 
Nizam Nuriyev 





14/11/16    Çap et