Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” Londonda texnologiya mərkəzi açacaq


“Google” şirkəti Şərqi Londonda texnologiya startaplarının dəstəklənməsi və inkişafı ilə bağlı şəxsi mərkəz açmaq niyyətindədir. Buna görə şirkət Londonda 7 mərtəbəli biznes mərkəzi kirayələyib.

“Google”-dan bildiriblər ki, yeni meydança ilk növbədə yeni şirkət və fərdi istehsalçılar üçün maraqlı olacaq.

Şirkət nümayəndələrinin sözlərinə əsasən, hal-hazırda İT cəmiyyətdə London şəhərinin texnologiya mövqeyini itirməyi ilə bağlı fikir möhkəmlənməkdədir. “Google” isə bunun heç də belə olmadığını sübut etməyi planlaşdırır.

Londonda yerləşəcək mərkəz 2012-ci ildə açılmalıdır və burda həm “Google” investisiya fondunun nümayəndələri, həm də texnologiya startaplarının dəstəklənməsində ixtisaslaşdırılan digər təşkilatlar yerləşəcək. Yeni mərkəz “Silicon Roundabout” adını alıb və Old Strit yaxınlığında yerləşir.

Britaniya qəzetləri yazır ki, “Google” şirkətinin bu addımı 2010-cu ilin noyabr ayında Britaniyanın baş naziri Devid Kemeronom tərəfindən səsləndirilmiş strategiya kompaniyasına açıq dəstəkdir.

Nazir o vaxt bildirmişdi ki, “London İst End”ə ABŞ-ın Silisium vadisinin (Kaliforniya ştatı) texnologiya rəqibi kimi baxılmalıdır.

Bundan əvvəl bu planı yalnız “Google” deyil, həmçinin “Vodafone”, “Facebook” və “İntel” şirkətləri də dəstəkləyiblər.




28/09/11    Çap et