“HP” olduqca güclü mini-kompüter təqdim edib
“HP” şirkəti “Autodesk University” konfransında “Z2 Mini” adlı kiçikölçülü işçi stansiyasını təqdim edib. İstehsalçının iddiasına görə, yeni qurğu hazırda bazarda mövcud istənilən kommersiya mini-kompüterdən iki dəfə daha güclüdür və 6 ekranla iş rejimini dəstəkləyir. Yeni qurğu layihəçilər, “3D” modelləşdirmə sahəsində peşəkarlar, “DesignCAD 3D Max”, “ArchiCAD” istifadəçiləri üçün nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.vesti.ru” saytına istinadən yazır ki, səkkizbucaqlı qurğunun korpusunun hündürlüyü 5.8 sm-dir. Xüsusi layihələndirilmiş ventilyator və soyuma sistemi sayəsində aparat səssiz işləyir.
Yeni model “Intel Xeon E5” prosessoru, “Nvidia” qrafik kartı və “HP Z Turbo Drive SSD” daşıyıcısı ilə təchiz edilib.
Emil Hüseynov