Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” şəbəkələrinə 2022-ci ilədək yarım milyarddan çox qurğu qoşulacaq


“Ericsson” şirkəti  genişzolaqlı mobil internet bazarına həsr edilən hesabat dərc edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, sənədə görə, beşinci nəsil mobil rabitə (5G) şəbəkələrinə qoşulmaların sayı tezliklə 550 milyardı ötəcək, lider region isə bütün “5G” qoşulmalarında payı 25 faiz təşkil edən Şimali Amerika olacaq. İkinci yerdə ümumdünya həcmində payı təxminən 10 faizə bərabər olacaq Asiya-Sakit okean regionu qərarlaşacaq. Qərbi Avropanın “5G” şəbəkəsindən istifadədə payı təxminən 5 faizə çatacaq.  

Analitiklərin proqnozlarına görə, Mərkəzi və Şərqi Avropada “LTE” şəbəkələrinə qoşulmaların artım tempi sürətlə gedəcək: 2016-cı ildə “LTE”-nin bütün mobil qoşulmalarda payı 10 faiz olduğu halda 2020-ci ildə bu göstərici 70 faizə çatacaq. Yaxın Şərq və Afrika ölkələrinin 2016-2020-ci illərdə “GSM/EDGE” texnologiyasından “WCDMA/HSPA” və “LTE” texnologiyalarına keçəcəyi və onlara qurğuların təxminən 80 faizinin qoşulacağı gözlənilir.  

İsveç istehsalçısının hesabatında, həmçinin mobil qoşulmaların 2022-ci ilədək sayının 8,9 milyardadək artacağı ilə bağlı proqnoz yer alıb. Bunun 90 faizinin genişzolaqlı mobil internet şəbəkələrinin payına düşəcəyi gözlənilir. Ümumi qiymətləndirməyə görə, həmin vaxtadək unikal abunəçilərin sayı 6,1 milyardlıq göstəriciyə çatacaq. Hazırda ümumdünya miqyasında abunəçilərin sayı 5,1 milyard, qoşulmaların sayı 7,5 milyard təşkil edir. Qoşulmaların sayı abunəçilərin sayını üstələyir, çünki onların bir hissəsi aktiv deyil, bəzi istifadəçilər isə bir neçə qurğu işlədir.

Hesabatda şirkətin əsas fikir və nəticələri:
 
Nizam Nuriyev 





16/11/16    Çap et