Sürücüsüz avtomobillər üçün universal proqram təminatı təqdim edilib
Sürücüsüz avtomobillər bazarının yeni oyunçusu “AIMotive” şirkəti süni intellekt texnologiyasından istifadə edən və istənilən şəraitə və sürmə tərzinə uyğunlaşan avtonom sürmə üçün dünyanın ilk universal proqram təminatını yaradıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
Naked Science” resursuna istinadən yazır ki, “aiDrive” adlanan avtonom sürmə sisteminə daxil olan elementlər dəsti tanıma, dayanma, hərəkət və idarəetmə sürgülərindən ibarətdir. Şirkətin əməliyyat direktorunun sözlərinə görə, sistemin əsasını ilk növbədə əvvəllər görünməmiş nəticələrə nail olmağa imkan verən tanınma sürgüsü təşkil edir.
Sistem 6-25-dək sayda ola bilən kameradan informasiyanı qəbul edərək hər kadrı kiçik detallara bölür. Həmçinin sistem 100-ə yaxın müxtəlif obyekt sinfini tanıya bilir. Lakin mütəxəssislər qeyd edirlər ki, tam avtonomluğun təmini üçün sistemə piyadalar, nişanlama xətləri, digər avtomobillər və s. kimi 25 müxtəlif obyekt də kifayət edir. Hər kadr üçün sistem görünən obyektlərin siyahısını tərtib edərək dərhal avtomobilə qədər olan məsafəni və bucağı müəyyənləşdirir.
Hərəkət sürgüsü avtomobilə müstəqil şəkildə sürücünün getmək istədiyi yerləri əvvəlcədən bilməyə imkan verir. Bu, kompüter təlimi texnologiyaları və sürücünün getdiyi bütün yerlərin dərin təhlili sayəsində mümkün olur. Bundan başqa, belə texnologiyalar bir neçə səfərdən sonra sürmə tərzini yadda saxlayaraq onun surətini çıxarmaya başlayan idarəetmə sürgüsünün də əsasını təşkil edir.
Qeyd etmək lazımdır ki, sürücünün fərdi funksiyaları sistemin “bulud” saxlancında saxlanılacaq ki, bu da bütün dünyada istənilən avtomobildən şəxsi avtomobil kimi istifadəyə imkan verəcək.
Nizam Nuriyev