Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rekord 5 terabayt tutumlu portativ sərt disk təqdim edilib


“Seagate” şirkəti istifadəçilərin 5 terabayt tutumlu məlumatı özləri ilə daşımasına imkan yaradıb. Şirkətin “Backup Plus” seriyasından təqdim etdiyi yeni portativ sərt disk məhz belə tutuma malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, bu tutum ənənəvi (USB-C
 interfeysi ilə yox) forum-faktorda “USB 3.0” interfeysi ilə qoşulan və əlavə enerji tələb etməyən kənar sərt disklər üçün rekord göstərici hesab edilir. Portativ qurğuda yeni terabaytlıq 2,5 düymlük plastinlərdən istifadə edən "BarraCuda” sərt diski yerləşdirilib.

Sərt disk lokal kompüter, mobil qurğular, “bulud” servisləri və sosial şəbəkələrdən məlumatların arxivləşdirilməsini sadələşdirən “Seagate Dashboard” proqram təminatı ilə təchiz edilib. "macOS” sistemi istifadəçiləri üçün “NTFS” drayverlər təklif olunur.

Qırmızı, gümüşü, qara və göy rəngli alümin korpusa malik diskin ABŞ-da qiyməti 190 dollar təşkil edir.
 
Nizam Nuriyev 





17/11/16    Çap et