Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərin 76 faizi fərdi məlumatların təhlükəsizliyini risk altına qoyur


Son ildə hakerlərin qurbanı olan istifadəçilər özlərini düşünmədən aparmaqda davam edirlər. Belə ki, “Symantec” şirkətinin keçirdiyi tədqiqatdan məlum olub ki, istifadəçilərin 76 faizi internetdə məlumatların mühafizəsinin vacibliyini anlayır, lakin buna baxmayaraq şəxsi hesab məlumatlarının parollarını bölüşə və digər üsullarla fərdi və maliyyə informasiyasının təhlükəsizliyini təhdid altına ala bilir. Bundan başqa, istifadəçilərin 35 faizi haker hücumları üçün hədəfə çevrilə biləcək ən azı bir mühafizəsiz qurğuya sahibdir.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, qeyd olunur ki, son ildə dünyanın 21 ölkəsində 689 milyon istifadəçi kiberhücumların qurbanı olub ki, bu da 2015-ci ilin göstəricisi ilə müqayisədə 10 faiz çoxdur.

Tədqiqatın nəticələrinə görə, istifadəçilərin 30 faizi virtual şəxsi şəbəkədən (VPN) istifadə edərək heç vaxt “Wi-Fi” şəbəkəsinə qoşulmayıb ki, bu da potensial baxımdan cinayətkarlara trafiki ələ keçirərək məlumatları oğurlamağa imkan verir. Həmçinin istifadəçilər kibertəhlükə mənbələri barədə məlumatlı olmalarına baxmayaraq tanış olmayan şəxslərdən göndərilən elektron məktublarda olan istinadlara keçməkdə davam edirlər.

Məlum olub ki, son il ərzində kiberhücumların qurbanı olan istifadəçilərin 66 faizi kibertəhdidlərlə qarşılaşmayanlarla müqayisədə daha çox ev “Wi-Fi” şəbəkəsinin mühafizəsi haqqında narahatdır. Bununla belə, onların yalnız 22 faizi ev “Wi-Fi” şəbəkəsinə parol qoyur.

Nizam Nuriyev





18/11/16    Çap et