Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS” üçün “Firefox Focus” brauzeri internetdə reklamdan qoruyacaq


Müasir brauzerlərin hamısında istifadə zamanı baxış tarixçəsini saxlamayan “Məxfi rejim” funksiyası quraşdırılıb və bəzən funksiyanı parametrlərdə ayrıca işə salmaq tələb olunur. “Mozilla” şirkəti məxfiliyə görə narahatlıq keçirən istifadəçilər üçün bir sıra unikal funksiyalara malik və istifadəsi çox asan “Firefox Focus” brauzerini təqdim etmək qərarına gəlib. Brauzerdə eyni anda bir neçə tab-vərəqəni açmaq mümkün olmasa da, reklam, analitika, sosial proqramlar və s. arzuolunmaz kontenti ləğvetmə imkanı yaradılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, cansıxıcı reklamdan qorunmaqdan başqa brauzerdə əsas ekranda internetdən istifadə tarixçəsinin tam silinməsi üçün düymə yerləşdirilib. Həmçinin əlavədə saytlarda internet istifadəçi şriftlərini ləğv etmək və ya lazım olduqda adi brauzerdə səhifə açmaq mümkündür. Lakin bu həll “Safari”, “Chrome” və ya adi “Firefox” brauzerini tam əvəz edə bilmir. Əlavə internetdə məxfiliyi vacib hesab edən istifadəçilər üçün yeni funksiya kimi təqdim edilir.
 
Hazırda “Firefox Focus” brauzerindən yalnız “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçiləri yararlana bilər.
 
Nizam Nuriyev 





19/11/16    Çap et