Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzInTelecom” MMC beynəlxalq keyfiyyət sertifikatı aldı


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "AzInTelecom" MMC beynəlxalq keyfiyyət sertifikatını (ISO/IEC 20000-1:2011) əldə edib.  Qeyd edək ki, bu sertifikat  müştərilərinə beynəlxalq tələblərə uyğun keyfiyyətli İT xidmətləri göstərən müəssisələrə verilir.


Keyfiyyət sertifikatlaşdırılması üçün 1864-cü ildə təsis olunan və  QVI (Quality Veritas International) şirkətinin vasitəçiliyi ilə  Azərbaycana təqdim olunan Norveçin DNV GL (Det Norske Veritas Germanischer Lloyd) şirkəti seçilib.


2016-cı ilin aprelində daxili prosedur və təşkilatı işlərin normaları üçün ISO/IEC 20000-1:2011 beynəlxalq keyfiyyət sertifikatının alınması ilə bağlı işlərə başlanılıb. Sentyabrda aparılan ilkin, noyabrda isə final audit nəticədə heç bir ciddi uyğunsuzluq aşkar edilməyib və "AzInTelecom" MMC-yə ISO/IEC 20000-1:2011  keyfiyyət sertifikatının verilməsi üçün qərar qəbul edilib.


Növbəti addım xidmətlərin daha da yaxşılaşdırılması üçün həyata keçirilən işlərin davam etdirilməsi və informasiya təhlükəsizliyi üzrə "ISO 27001:2013" standartının əldə olunmasıdır.







Nəticədə, "Azıntelecom" MMC IT standartları üzrə beynəlxalq informasiya təhlükəsizliyi norma və tələblərə cavab verən data mərkəzi xidmətləri  göstərən etibarlı xidmət provayderi olacaq.


Məlumat üçün qeyd edək ki, "AzInTelecom" MMC bu sertifikatdan öncə regionda TEİR III sertifikatı almış yeganə data mərkəzidir.



 "AzInTelecom" MMC beynəlxalq səs telefon trafik mübadiləsinin təşkili, alternativ marşrutlarla beynəlxalq telefon kanallarının yaradılması və istismarı, beynəlxalq telekommunikasiya xidmətlərinin mübadiləsi və marşrutlandırmanın optimallaşdırılması  və bu xidmətlərə görə qarşılıqlı operatorlararası hesablaşmaların aparılmasını həyata keçirir.



 Eyni zamanda,  yeni yaradılmış Data Mərkəz vasitəsi ilə, bulud texnologiyaları əsasında müasir tələblərə cavab verən xidmətlər göstərir
 




21/11/16    Çap et