Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vergilər Nazirliyi videoqəbul xidmətini tətbiq edəcək


Vergilər Nazirliyinin saytında yeni xidmətlər tətbiq olunacaq. Bu barədə Vergilər Nazirliyinin Vergi ödəyicilərə xidmət idarəsini rəisri Elçin Məmmədov bildirib.

Onun sözlərinə görə, nazirliyin elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələrin tərkib hissəsi olaraq ay ərzində videoqəbul xidməti işə salınacaq.

Onun köməyi ilə vergiödəyici əvvəlcədən ayrılmış vaxt ərzində nazirliyin yüksək rəhbərliyinə birbaşa müraciət edə biləcək.

Bundan başqa idarə rəisi bildirib ki, Azərbaycanda yaradılan 195 universal telefon sorğu xidmətinin genişləndirilməsi və transformasiyası planlaşdırılır.

Onun sözlərinə görə, telefon xidmətinin yaradılması ilə bağlı işlər gedir. “Onun fəaliyyəti iqtisadiyyat sahəsindəki bütün dövlət strukturlarını əhatə edir.

Lakin gələcəkdə onun əhatəsinin genişləndirilməsi və dörd informasiya blokunun yaradılması planlaşdırılır. Bu gün ölkənin, demək olar, bütün nazirlikləri “195” telefon məlumat xidmətinə qoşulmağa təşəbbüs göstəriblər” .

Vergilər Nazirliyi idarənin rəsmi saytında göstərilən xidmətlərin təkmilləşdirilməsi və genişləndirilməsi üzrə işlər də həyata keçirir.

Qeyd edək ki, Vergilər Nazirliyinin “195” telefon məlumat xidməti bütün gün ərzində iki rejimdə (avtomatik və birbaşa) fəaliyyət göstərir.




28/09/11    Çap et